Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında finala vəsiqə qazana bilməyib.
"Report"un məlumatına görə, o, çoxnövçülükdə təsnifat mərhələsini 84,550 xalla 24-cü sırada bitirib.
Ağamirova "18-liy"ə düşə bilmədiyindən həlledici mərhələdə iştirak etməyəcək.
Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.