Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.
TASS xəbər verir ki, ölənlərin sayı 8-ə çatıb.
Hücum nəticəsində 28 nəfər yaralanıb.
Məlumatda o da deyilir ki, Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Hhüquq-mühafizə orqanları terrorçunu yaralayaraq saxlaya bilib.
T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.
***
Perm Dövlət Universitetində naməlum şəxs travmatik silahdan atəş açıb
TASS-ın verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.
Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb/APA.