ABŞ prezidenti Donald Trampın keçmiş dostu olduğu iddia olunan pedofil milyarder, həbsdə müəmmalı şəkildə ölən Ceffri Epşteyn işi ilə bağlı keçmiş prezident Bill Klinton və Dövlət katibi Hilları Klintonun ifadəyə çağırılması şok effekt verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Demokrat Partiyasının liderlərindən olan Klintonlar qərara hörmətlə yanaşaraq, iş üzrə ifadəyə yalnız kameralar qarşısında hazır olduqlarını deyib.
Onların ifadələri üçün Trampın lideri olduğu "Respublikaçı"lara və onların Epşteyn işi üzrə sənədlərin açılmasında fəallıq göstərmiş lidrlərindən biri, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Ceyms Komerə açıq və təkidli müraciəti və orada yer alan şərtlr böyük rezonas yaradıb.
Məlumata əsasən, keçmiş Dövlət katibi Hillari Klinton ona açıq müraciətində çox sərt şəkildə şounu buraxmalarını tələb edib: "Buraxın oyunları. Qapalı qapılar arxasında deyil, açıq şəkildə ifadə verməyə hazırıq. Bəli, gəlin oyunları, şounu dayandıraq. Əgər bu mübarizəni, istəyirsinizsə, gəlin bunu açıq, şəffaf şəkildə edək".
Hillari Klinton daha sonra bildirib kiI o, qapalı iclasa qatılmayacaq və ya hər hansı bir suala cavab verməyəcək: "Şəffaflıq haqqında danışmağı sevirsiniz? Sevirsinizsə, gəliin bunu kameralar qarşısına. Kameralar qarşısında açıq dinləmədən daha şəffaf nə ola bilər?! Biz belə şəffaf dinləməyə hazırıq və bunu edərsinizsə, hazırıq. Xalqdan nəyi gizlətmək istəyirsiniz ki? Qoy xalq hər şeyi aydın görsün..."
Məlumatda deyilir ki, təcrübəli siyasətçi olan Klintonun bu açıq müraciəti "Respublikaçı"lar və Tramp tərəfdarlarını qorxuya salıb: "Onlar hətta sənədlərdə olmayan çox şeyləri aça və bununla da Trampı, partiyanın çox çətin duruma salacaqlar"
Xarici mətbuatdakı təhlillər göstərir ki, Klintonun addımı sadəcə müdafiə refleksi deyil, həm də Respublikaçıların "qapalı qapılar arxasında siyasi şoumenlik" planına qarşı çox sərrast güllə olub.
ABŞ mediası yazır ki, Hillari Klinton "şəffaflıq" vurğusu qarşı bu işdən sıyırlmaq istəyən Tramp və partiyasını "nakauta" salıb.
Xatırladaq ki, Epşteyn Tramp və xanımı ilə çox yaxın dostluq münasibətində olub. Hətta rəqibləri Trampın ilk prezidentlik dövründə həbs olunan pedofil milyarderlə bağlı bəzi məqamların açılmasına mane yaratdığını da iddia edirlər.
Onu da da qeyd edək ki, Bill Klinton bu iş üzrə 27 fevralda video bağlantı vasitəsilə qapalı iclasda, Hillari Klintonun 26 fevralda isə ifadəyə dəvət olunub.
Samir Musayev
MİA.AZ