Bu gün Azərbaycan Premyer Liqasında "Zirə" "Sabah"ı qəbul edib.
Mia.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb
Qeyd edək ki, günün digər oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla üstələyib.
Sentyabrın 19-da "Neftçi" "Keşlə"ni qəbul edəcək. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.