"Taliban" tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.
Qanuna əsasən, İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.
Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.
İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir. Bundan əlavə, ölkədə bir bayram təsis edilib: "İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü"/Report.