Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qadınlarla bağlı yeni qərar qəbul edib.

"Haber Global" xəbər verir ki, bu barədə "Taliban" xəbər yayıb.

"Qadınların hakimiyyətdə təmsil olunmalarına ehtiyac yoxdur, onlar uşaq dünyaya gətirməlidirlər", - "Taliban"dan bildirilib.

Yeni hökumət həmçinin qadınların fəaliyyətini tənzimləmək üçün Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyini yaradıb/Report.