Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türk hərbçilərə hücum olub.
Mia.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb: "Yaralı hərbçilər hospitala yerləşdirilib".