Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında sonuncu görüşünü keçirib.
Məlumata görə, komanda qrup mərhələsinin 5-ci turunda Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib.
Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda yarışlarında gümüş medala layiq görülüb. Qaliblərin mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 21:25-də Atletlər kəndində təşkil olunacaq.