Dünya çempionatının seçmə mərhələ oyunu çərmivəsində Azərbaycan milli komandası İrlandiya yığması ilə səfərdə qarşılaşıb.
Mia.az xəbər verir ki, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.
45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.
87-ci dəqiqədə isə irlandlar bərabərlik qolunu vurublar - 1:1.
Oyun bu hesabla bitib və Azərbaycan qrupda ilk xalını qazanıb.
Qrupun digər matçında Serbiya evdə Lüksemburqu məğlub edib - 4:1.
Komandamız sentyabrın 7-də Portuqaliya ilə oynayacaq.