Futbol üzrə Lüksemburq yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.
Məlumata görə, komandanın baş məşqçisi Lük Holts 25 oyunçuya dəvət göndərib.
Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon;
Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Lauren Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa;
Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, kris Filips, Dioqo Pimentel, Timoti Rupil, Daniel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastyan Til;
Hücumçular: İvandro Borqes, Mauris Devil, Edvin Muratoviç, Jerson Rodriges.
Qeyd edək ki, Lüksemburq seçməsi sentyabrın 1-də Azərbaycanı qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq/Report.