"Kəpəz" klubunun sabiq prezidenti Rza Məmmədov vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rza Məmmədov 1990-cı illərdə əyalət təmsilçisinə rəhbərlik edib.
"Kəpəz" onun dönəmində 1997/1998 və 1998/1999 mövsümündə ölkə çempionatın qalibi olub. Gəncə klubu 1997/1998 mövsümündə ölkə kubokunu da qazanıb.