Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiyada yerli “Sent Conston”la qarşılaşıb.

Mia.az xəbər verir ki, matç Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində Mbaye Diaqne, Muhammet Aktürkoğlu, Sofian Fequli, Emre Kılınc fərqlənib. Bununla da Türkiyə təmsilçisi Avropa Liqasında pley-offa yüksəlib.