Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti qarşılaşmaya çıxıb.

Mia.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə döyüşüb

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.

Bununla da gümüş medalı təmin edən idmançımız qızıl medal uğrunda döyüşdə Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib və uduzub.