Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşdə iştirak edəcək.
Məlumata görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala adlayıb.
Bu, Şərifovun avqustun 7-də təsəlliverici qarşılaşmaya qatılmasına şərait yaradıb.
****
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Məlumata görə, 65 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək/Report.