Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.
Mia.az xəbər verir ki, karate növündə Rafael Ağayev finalda italiyalı Luici Busaya uduzub.
Bununla da Ağayev ikinci yeri tutaraq, gümüş medal qazanıb.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Mia.az bildirir ki, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
***
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-cİ medalı təmin edib.
Mia.az xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan karateçi Rafael Ağayev nail olub. 5 qat dünya və 11 qat Avropa çempionu qrup mərhələsindəki ilk 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 36 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Mia.az bildirir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.
O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.
A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.