Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.
Mia.az xəbər verir ki, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq. Avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.