Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bakıda İsrailin "Aşdod" klubunu qəbul edib.
Mia.az xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Xatırladaq ki, 82-ci dəqiqədə Maksim Medvedev rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Digər komandamız "Keşlə" isə UEFA Konfrans Liqasında uduzub - 0:3.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq.