"Zirə" yeni futbolçu ilə anlaşıb.

Mia.az kluba istinadla xəbər verir ki, niderlandlı hücumçu Məhəmməd Hamdui ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 28 yaşlı oyunçunun son klubu ölkəsində "De Qrafshap" olub. O, həmçinin, "Vittes", "Dordrext" və "Tvente" klublarında da çıxış edib.