Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.

Məlumata görə, "gənclik şəhəri" təmsilçisi yerli "Gaziantep" klubu ilə qarşılaşıb. Görüş Superliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın yeganə qoluna 84-cü dəqiqədə Xəzər Mahmudov imza atıb.