Bu gün Avropa çempionatında İngiltərə və İtaliya yığmaları arasında final oyunu baş tutub.
MİA.AZ xəbər verir ki, Londondakı "Uembli" stadionunda keçirilən oyunda 2-ci dəqiqədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarıb.
İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1.
Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb.
AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.
Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.
Avropa çempionatı
Final
11 iyun
23:00. İtaliya - İngiltərə - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)
Qollar: Leonardo Bonuççi, 67 - Lük Şou, 2
Penaltilər seriyası
Domeniko Berardi (1:0)
Harri Keyn (1:1)
Andrea Belotti (1:1)
Harri Maquayr (1:2)
Leonardo Bonuççi (2:2)
Markus Reşford (2:2)
Federiko Bernardeski (3:2)
Ceydon Sanço (3:2)
Jorjinyo (3:2)
Bukayo Saka (3:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
London, "Uembli" stadionu