Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.
“Haiti-24” xəbər verir ki, həmin şəxslər ölkə başçısını qətlə yetirən dəstənin üzvləridir.
Ötən gün həmin dəstənin dörd üzvünün zərərsizləşdirildiyi, ikisinin isə saxlanıldığı açıqlanmışdı.
Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib/Report.
Xatırladaq ki, gecə vaxtı hücumla prezident hadisə yerində öldürülüb. xanımı isə ağır yaralı halda xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Mia.az