"Mahir Emreli hazırkı komandasında mövsümün tapıntısı ola bilər".
Bunu Polşa "Legiya"sının sabiq futbolçusu İqor Levçuk yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Norveçdə "Budyo Qlimt"ə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundakı çıxışı barədə danışarkən deyib.
Veteran müdafiəçi 24 yaşlı forvardın komandaya əla uyğunlaşdırın bildirib: "İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə bu cür oyun göstərib 2 qol vurmaq asan iş deyil. Düşünürəm ki, onun "Legiya"ya çox faydası dəyəcək".
Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt" ilə görüşün 41 və 61-ci dəqiqələrində fərqlənərək, komandasına 3:2 hesablı qələbə qazandırıb/Report.