Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyun baş tutub.
Mia.az xatırladır ki, Bakının "Neftçi" komandası Gürcüstanda "Dinamo"nu məöğlub edib - 1:2.
Digər oyunlar isə aşağıdakı nəticələrlə bitib:
20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2
20:00. “Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa) - 2:3
20:30. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0
21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) - 3:2
21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 1:0
21:00. "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) - 1:1
21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova) - 0:4
21:00. “Malmö” (İsveç) - "Riqa" (Latviya) - 1:0
22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) - 2:2
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 - 14 iyulda olacaq.