İranın paytaxtı Tehranda Əfqanıstan hakimiyyətinin təmsilçiləri, əfqanıstanlı siyasətçilər və “Taliban” heyəti arasında danışıqlar başlayıb.

“Mehr” agentliyi xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edir.

Tərəflər İran Xarici İşlər Nazirliyinin binasında bir araya gəliblər.

İranın XİN başçısı ölkəsinin Əfqanıstanda qruplar arasındakı danışıqlar prosesinə yardım etməyə hazır olduğunu bildirib/Report.