Türkiyədə daha 37 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 5299 nəfərdə koronavirus aşkarlanıb, 4446 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən 35 nəfər vəfat edib, 4678 nəfər isə yoluxan var idi.