Almaniya millisinin sabiq futbolçusu Lukas Podolskinin yeni klubu müəyyənləşib.

Məlumata görə, hücumçu karyerasını Polşada davam etdirəcək.

Türkiyənin “Antalyaspor” klubundan ayrılan 36 yaşlı veteran “Qurnik”ə keçib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Lukas “Bavariya” və “Arsenal”dakı çıxışları ilə tanınıb/APAsport.