Rusiya Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bu ölkənin Məzari-Şərif şəhərindəki Baş Konsulluğunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci İdarəsinin direktoru Zamir Kabulov iyulun 5-də TASS-a bildirib.
Onun sözlərinə görə, bir çox konsulluq fəaliyyətini müvəqqəti olaraq dayandırıb/Report.