"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.
Mia.az xəbər verir ki, Ağdam təmsilçisi tezliklə 25 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayacaq.
"Kölən atlar" rəsmi feysbuk səhifəsində yeni transferlərini açıqlayacaqlarını bəyan edib. Paylaşımda "Sabaha saxlamırıq, bu gün açıqlayacağıq yazılıb".