“Sabah” FK klubla müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.

Mia.az kluba istinadla xəbər verir ki, 25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından komandamızın üzvü idi. 

Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Klub Ramil Şeydayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.