Bu gün Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İngiltərə və Almaniya yığmaları qarşılaşıb.
Mia.az xəbər verir ki, "Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.
1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.