Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyun günündə Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib.
Mia.az xəbər verir ki, oyunun əsas vaxtı qolsuz bitib.
Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisi bu qollardan birinin əvəzini çıxa bilib. 114-cü dəqiqədə Saşa Kalayciç təsəlli qolunu vurub - 2:1.
Beləliklə, İtaliya yığması 1/4 finala yüksəlib.
Bu komanda növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk 1/4 finalçı Uelsi 4:0 hesabı ilə yenən Danimarka olub.