"Keşlə"  daha bir futbolçu transfer edib.

Mia.az xəbər verir ki, klubla  Aldair Sapalo Amaro Neto arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Portuqaliyalı futbolçu ilə imzalanmış müqavilənin müddəti 1 il təşkil edir.

Hücumçu mövqeyində oynayan A.Netonun son klubu Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" komandası olub.