Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyada həmkarı Hayko Maas ilə görüşüb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, görüşdə Liviyada baş verən proseslər, Avropa İttifaqı ilə münasibətlər, miqrasiya və gömrük siyasəti, həmçinin turizm haqqında fikir mübadiləsi aparılıb.