Bu gün Avropa çempionatının F qrupunda Fransa millisi Macarıstanla qarşılaşıb.
Mia.az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyun sülhlə bitib - 1:1.
Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib. Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.