Səudiyyə Ərəbistanı xarici vətəndaşların ölkə ərazisinə səfəri ilə bağlı yeni qərar qəbul edib.
Bu barədə Baş Mülki Aviasiya İdarəsinin (GACA) açıqlamasında qeyd olunub.
Bildirilib ki, ölkəyə gələn əcnəbilər COVID-19-dan sağalanlar və vaksinasiya olunanların elektron sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Həmin qeydiyyatdan hələ yola düşməzdən əvvəl keçməyin vacibliyi vurğulanıb.
Yeni qaydanın ölkəyə gələn peyvənd olunmuş və olunmamış hər kəsə, o cümlədən vizasız rejimdən yararlanan Körfəz Əməkdaşlıq Şurası (GCC) üzv ölkələrinin vətəndaşlarına, yeni viza sahiblərinə, yerli sakinlərə və onlarla birlikdə gələnlərə şamil olunur/Report.