Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.
Mia.az xəbər verir ki, bu gün Şotlandiya Çexiya millisi ilə qarşılaşıb.
Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada britaniyalılar rəqibini məğlub edib - 1:0. Hazırda qrupda eyni xala malik yığmalardan Çexiya 1-ci, İngiltərə isə 2-cidir. Xalı olmayan Xorvatiya və Şotlandiya kollektivləri isə müvafiq olaraq, 3 - 4-cü yerləri bölüşdürürlər.