Türkiyədə daha 53 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 5012 nəfərdə koronavirus aşkarlanıb, 4194 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 6076 nəfər koronavirusa yoluxub, 75 nəfər isə ölmüşdü.