Türkiyədə daha 69 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 6221 nəfərdə koronavirus aşkarlanıb, 6217 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən ölkədə 6408 nəfər koronavirusa yoluxub, 98 nəfər isə ölmüşdü.