AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq İsveçrə yığması oyun öncəsi son məşqinə çıxıb.
Mia.az Report-a istinadla xəbər verir ki, baş məşqçi Vladimir Petkoviçin rəhbərliyi altındakı hazırlıq prosesi "Dalğa Arena"da baş tutub.
Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, BOS bu oyunla yanaşı, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final mərhələsinin 1 matçına ev sahibliyi edəcək.