Türkiyədə daha 86 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 6609 nəfərdə koronavirus aşkarlanıb, 5836 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən ölkədə 5647 nəfər koronavirusa yoluxub, 91 nəfər isə ölmüşdü.