"Neftçi" komandasında yeni məşqçi təyinatı olub.

Məlumata görə, Mübariz Orucov komandasının baş məşqçisi Samir Abasovun köməkçilərindən biri olacaq.

Orucov bu gündən kollektivə qoşulub.

Qeyd edək ki, "Neftçi" 20221/2022 mövsümü üçün hazırlıqlara start verib. Komandanın ilk hazırlıq prosesinə 10 futbolçu qatılıb.