Türkiyədə daha 91 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 5647 nəfərdə koronavirus aşkarlanıb, 6576 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 5386 nəfər koronavirusa yoluxub, 96 nəfər isə ölmüşdü.