Avropa çempionatında iştirak edəcək daha bir komanda ölkəsini tərk edib.

Məlumata görə, A qrupunda yer alan İsveçrə yığması Bakıya yola düşüb.

Bir qədər əvvəl səfərə çıxan Vladimir Petkoviçin yetirmələri AVRO-2020-yə son hazırlığını paytaxtımızda görəcək.

Qeyd edək ki, İsveçrə yığması ilk oyununu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcək.