"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.
Mia.az "Report"a istinadla xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull" pilotu Maks Ferstappen üçüncü yerlə kifayətlənib.