Bakıda keçirilən "Formula 2" yarışında xoşagəlməz qəza baş verib.

Məlumata görə, DAMS komandasından Roy Nissany 14-cü döngədə sərt şəkildə divara dəyib.

Onun bolidi yararsız hala düşüb. Pilot hadisədən sonra trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq/Report.