“Neftçi” klubu futbolçusu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.
Mia.az xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.
2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.