Türkiyədə daha 183 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 8426 nəfərdə koronavirus aşkarlanıb, 13102 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 8738 nəfər koronavirusa yoluxub, 166 nəfər isə ölmüşdü.