“Zirə" klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.
Mia.az kluba istinadla xəbər verir ki, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb. Camalov karyerasını "Sabah"da davam etdirəcək.
“Zirə" onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.