Türkiyədə daha 166 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 8738 nəfərdə koronavirus aşkarlanıb, 12205 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 9375 nəfər koronavirusa yoluxub, 175 nəfər isə ölmüşdü.