Bu gün "Beşiktaş" komandası futbol üzrə Türkiyə Kubokunu da qazanıb.
Mia.az xəbər verir ki, "qartallar" finalda "Antalyaspor"u məğlubiyyətə uğradıb - 2:0.
Beləliklə, "Beşiktaş" tarixində 10-cu dəfə Türkiyə Kubokunu qazanıb. "
Xatırladaq ki, Sergen Yalçının baş məşqçi olduğu komanda mayın 15-də Türkiyə çempionluğuna sahib olub.